RU

Dünyada bir sıra beynəlxalq təşkilatların təsir imkanları zəifləyib ŞƏRH

ain.az, Demokrat.az saytına istinadən bildirir.

"Azərbaycanın BMT, ATƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlarda təmsil olunması ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərir və mövqelərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu platformalarda Azərbaycanın fəaliyyəti nəticəsində təşkilatların işində müsbət istiqamətdə irəliləyişlər müşahidə olunub".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. "Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində də Azərbaycanın mövqeyi daha da güclənib. Paralel olaraq BMT-nin müxtəlif strukturları ilə əməkdaşlıq yüksək səviyyədə qurulub və Azərbaycan bu qurumlarda fəal iştirak edib. Bütün bunlar ölkəmizin beynəlxalq arenadakı rolunu artıran mühüm amillərdir".O bildirib ki, bu gün bir sıra beynəlxalq təşkilatların təsir imkanları zəifləyib:"Lakin institusional baxımdan onlar hələ də dövlətlərin mövqelərini və haqq işini beynəlxalq müstəvidə müdafiə etmək üçün vacib mexanizmlər olaraq qalır. Azərbaycan da bu tribunlardan istifadə edərək öz mövqeyini dünya ictimaiyyətinə çatdırıb və bundan sonra da çatdıracaq.Bəzi Avropa institutlarında ölkəmizə qarşı qərəzli yanaşmalar müşahidə edilsə də, bu, Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığını azaltmayıb. Əksinə, Azərbaycan bu platformalarda iştirak etməklə öz haqlı mövqeyini daha geniş şəkildə nümayiş etdirib".Onun sözlərinə görə, Qoşulmama Hərəkatı əvvəllər daha passiv qurum kimi tanınsa da, Azərbaycanın sədrliyi dövründə bu təşkilat dünyanın ən nüfuzlu beynəlxalq platformalarından birinə çevrildi:"Bu da Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun və diplomatik imkanlarının göstəricisidir".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
demokrat.az

1Источники