RU

Sabiq nazir evində ölü tapıldı Foto KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Əmək nazirinin keçmiş müavini Aleksey Sklyar Moskvadakı şəxsi evində ölü tapılıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, “SHOT”-un məlumatına görə, 50 yaşlı Aleksey Sklyar Filimonkovskoye kəndindəki evində ölü tapılıb. Evinin qapısı açıq olub və keçmiş məmurun cəsədi dəhlizdə uzanmış halda tapılıb.

Qeyd olunur ki, Sklyar dostlarına mesaj göndərərək ölümündə həyat yoldaşını günahlandırıb.

Aleksey Sklyar 2018-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb və informasiya sistemlərinə və elektron dövlət xidmətlərinin göstərilməsinə rəhbərlik edib. Sklyar 2022-ci ildə Baş nazir Mixail Mişustinin fərmanı ilə vəzifəsindən azad edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
5
konkret.az

6Источники