RU

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirdi

ABŞ Maliyyə Nazirliyi İran əleyhinə sanksiyalar siyahısını yeniləyərək ona 11 fiziki şəxs və 13 təşkilatı əlavə edib.

KONKRET.az əbər verir ki, yeni siyahıya BƏƏ, İran, Sinqapur və Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər, o cümlədən qaz və neft sahəsində fəaliyyət göstərən müəssisələr daxil edilib. Həmçinin, sanksiya siyahısında Fərdis həbsxanası da yer alıb.

Siyahıya daxil edilmiş vəzifəli şəxslər arasında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanı, həmçinin polis regional bölmələrinin rəhbərləri və Qüds Qüvvələrinin Lorestən və Fars əyalətlərindəki komandanları da var.

Bu addım ABŞ-ın İranın müxtəlif sahələrdə fəaliyyətinə qarşı təzyiqlərini gücləndirmək və ölkənin strateji sektorlarına nəzarəti artırmaq məqsədini əks etdirir.

Natiq Səlim,
KONKRET.az

Избранный
111
konkret.az

1Источники