RU

Yuliya Timoşenko 1,15 milyon dollar girovla azadlığa çıxa bilər

Ukraynanın ixtisaslaşmış anti-korrupsiya prokurorluğu (SAP) “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko üçün hansı həbs-qətimkan tədbirinin tətbiq olunmasını müəyyən edib.

KONKRET.az xəbər verir ki, məlumata görə, prokurorluq məhkəmədən Timoşenkoya 50 milyon qrivna (təxminən 1,15 milyon dollar) girov və müəyyən vəzifələrin öhdəsinə verilməsini xahiş edəcək.

Prokurorlar artıq müvafiq vəsatəti təqdim ediblər.

Məhkəmə iclası 16 yanvar tarixində keçiriləcək.

Natiq Səlim,
KONKRET.az

Избранный
152
konkret.az

1Источники