Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Şükür edirəm ki, öz torpağımdayam. Bundan sonra dünyamı dəyişsəm də, dərdim olmaz".
Bu sözləri "Baku TV"yə 32 il sonra öz doğma yurduna – Ağdam rayonunun Xıdırlı kəndinə qayıdan Həsən Balakişiyev deyib.
O bildirib ki, 39 yaşında övladları ilə birlikdə doğma torpağı tərk etmək məcburiyyətində qalıb: "Biz bu torpaqlara bağlıyıq, burada doğulmuşuq. Böyük oğlum da mənimlə qayıtdı, dedi ki, Bakıda qala bilmərəm".
Digər sakin Rəhilə Qarayeva isə qeyd edib ki, ailəsi ilə birlikdə Xıdırlını 1993-cü ildə tərk edib və uzun illər doğma yurda qayıdış həsrəti ilə yaşayıblar.
Daha ətraflı:
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.