RU

Avropa İttifaqı Qrenlandiyaya qoşun göndərdi

Avropadan ilk xüsusi təyinatlı qüvvələr və kəşfiyyat bölmələri təlimlər üçün Qrenlandiyaya gəlib.

Danimarka Ordusunun Herkules hərbi nəqliyyat təyyarəsi gecə adanın paytaxtı Nuukdakı mülki hava limanına eniş edib. “Bild” xəbər verir ki, təyyarədə yalnız Danimarka yox, həm də Fransa qoşunları olub.

Təlim “Arktika Dəstəyi” əməliyyatının bir hissəsidir və Danimarkanın tələbi ilə 15-17 yanvar tarixlərində keçiriləcək. Qoşunlar kəşfiyyat missiyaları həyata keçirəcək və regionda təhlükəsizliyi gücləndirmək üçün imkanları qiymətləndirəcəklər. Alman kəşfiyyat qrupunun ilk 13 üzvünün bu gün Qrenlandiyaya gəlməsi gözlənilir.

Nəşrin məlumatına görə, əməliyyat NATO strukturları vasitəsilə deyil, Kopenhagendən əlaqələndirilir və ABŞ-ın iştirakı olmadan baş tutacağı gözlənilir.

Xatırladaq ki, Danimarka ABŞ-ı Qrenlandiyanı ilhaq etmək planından imtina etməyə inandıra bilməyib. Bu barədə xarici işlər naziri Lars Lökke Rasmussen ABŞ dövlət katibi Marko Rubio və ABŞ vitse-prezidenti J.D. Vance ilə danışıqlardan sonra bildirib. Eyni zamanda, Kopenhagen adanın təhlükəsizliyi ilə bağlı Vaşinqtondan gələn hər hansı bir xahişi müzakirə etməyə hazır olduğunu deyib.

//Samir Qurbanov, Editor.az

Избранный
67
editor.az

1Источники