Bakıdakı iki bacı İrandakı ailələri ilə ƏLAQƏ saxlaya bilmirlər- VİDEO
Ajans.az xəbər verir ki, bu barədə İTV məlumat yayıb. Ötən il Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul olan bacılar ölkələrindəki gərgin vəziyyətdən ciddi narahatlıq keçirirlər. Pərəstu Qənizadənin sözlərinə görə, xəbərləri izləmək onlara çətin gəlir. Ailələrindən son xəbəri isə yalnız Naxçıvanla sərhədə gələn yaxınları vasitəsilə ala biliblər. “Evdə oturmuşdum, birdən vatsapdan zəng gəldi. Dedi ki, ananızdan xəbər gətirmişik, hər şey yaxşıdır, narahat olmayın”, – deyə o yaşadıqlarını bölüşüb. Digər bacı Pərisa isə yeganə arzusunun İranda sülhün bərqərar olması və hadisələrin tezliklə başa çatması olduğunu bildirib. Xatırladaq ki, İranda milli valyutanın kəskin şəkildə devalvasiyaya uğraması nəticəsində başlayan etirazlar artıq iki həftədən çoxdur ki, davam etməkdədir.