525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Uqanda ordusu və Afrika Birliyi qüvvələrinin iştirakı ilə Somalinin cənubunda “Əl-Şəbab” terror təşkilatına qarşı genişmiqyaslı birgə əməliyyat keçirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Afrika İttifaqının Somalidəki Dəstək və Sabitləşdirmə Missiyası (AUSSOM) məlumat yayıb. Əməliyyat zamanı 30-dan çox terrorçunun öldürülüb.
Bildirilib ki, birgə qüvvələr “Əl-Şəbab”ın imkanlarını zəiflətmək və ölkədə davamlı sülh, sabitlik və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində əməliyyatları davam etdirəcək.
Qeyd edək ki, 2006-cı ildə Somalidə yaranmış “Əl-Şəbab” terror təşkilatı uzun illərdir ki, Somali hökumətinə və beynəlxalq sülhməramlı qüvvələrə qarşı hücumlar təşkil edir.
Somali təhlükəsizlik qüvvələri beynəlxalq tərəfdaşların dəstəyi ilə 2022-ci ildən ölkənin mərkəzi və cənub bölgələrində təşkilata qarşı genişmiqyaslı əməliyyatlar aparır.
İbrahim Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.