Bakı. Trend:
ABŞ-nin Oreqon ştatının sahillərində 6,0 bal gücündə zəlzələqeydə alınıb.
Trend-inməlumatına görə, bu barədə ABŞ-nin Geoloji xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Kus Bay şəhərindən 309 kmqərbdə yerləşib. Yeraltı təkanların ocağı 7,1 km dərinlikdəolub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunamitəhlükəsi elan edilməyib.