RU

Real ın prezidenti Erlinq Haalandı bu yay Madridə gətirmək istəyir

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Real"ın prezidenti Florentino Peres "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı Madridə gətirmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Germany"ni məlumat yayıb.

Mənbənin sözlərinə görə, müqavilə bu yay baş tuta bilər. Haalandın agenti Rafaela Pimenta ilə danışıqlar davam edir. 

Haaland İspaniya futbolunun azarkeşidir və karyerasında əsas məqsədi "Real"ın formasını geyinməkdir. Bununla belə, onun "Kral klubu"na keçidi o qədər də asan olmayacaq. Norveçli forvardın "Mançester Siti" ilə müddəti 2034-cü ilə qədər nəzərdə tutulan müqaviləsi var. 

Qeyd edək ki, Haaland 2022-ci ildən "Mançester Siti"də oynayır. O, bu mövsüm bütün yarışlarda 29 oyun keçirib, 26 qol vurub və 4 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
155
sport24.az

1Источники