ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil "F-35A Lightning II" qırıcı-bombardmançı təyyarəsi Yaponiya sahillərində radarlardan yoxa çıxıb.
Publika.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, təyyarə yoxa çıxmazdan əvvəl Aomori şəhəri yaxınlığında qəza siqnalı göndərib.
Kanalın məlumatına görə, qırıcı 7700 siqnalı verib. Bu kod bortda fövqəladə və ya qəza vəziyyətinin yarandığını və dispetçer xidmətləri ilə fövqəladə qurumların dərhal müdaxiləsinin tələb olunduğunu göstərə bilər.