RU

"Qarabağ" dünya reytinqində gerilədi

"Qarabağ" dünya reytinqində bir pillə geriləyib.

Fanat.Az xəbər verir ki, Ağdam klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda 68-ci sıradan geriləyərtək 69-ci pillədə yer alıb. 

Azərbaycan çempionunun 182,5 reytinq xalı var. 

Sıralamada digər Azərbaycan klublarından "Neftçi", "Sabah", "Zirə" və "Araz-Naxçıvan" da yer alıb. "Bayquşlar" (93,5) 252-ci pillədən 224-ə yüksəlib. "Zirə" 66.75 xalla 389-a enib. “Qartallar” ötən siyahı ilə müqayisədə 29 pillə geriləyib. "Araz-Naxçıvan" (60,25 xal) 486-dan 456-cı, "Neftçi" (51,25) isə 563-dən 553-cü sıraya irəliləyib.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 613 xalla liderdir.

Избранный
38
fanat.az

1Источники