RU

Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda iştirak edəcək

BAKI, TurkicWorld

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qahirə şəhərində “İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi" mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edəcək.

TurkicWorld xəbər verir ki, Misir Ərəb Respublikasının (MƏR) İslam Məsələləri üzrə Ali Şurasının təşkilatçılığı ilə 19-20 yanvar tarixlərində keçiriləcək konfrans çərçivəsində süni intellektin peşə fəaliyyətinə və etik dəyərlərə təsiri, eləcə də bu sahədə mövcud çağırışlar və perspektivlər müzakirə olunacaqdır.

Dövlət Komitəsi sədrinin tədbirdə çıxışı, həmçinin MƏR-ə səfəri çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədilə görüşləri nəzərdə tutulur.

Избранный
159
5
turkic.world

6Источники