RU

Rejimdən qeyri insani hərəkət Cəsədləri satırlar

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran hakimiyyət orqanlarının ölkədəki kütləvi etirazlar zamanı həlak olmuş şəxslərin cəsədlərini geri qaytarmaq üçün ailələrindən yüksək məbləğdə pul tələb etdiyi bildirilir.Bakupost.az “BBC”-yə istinadən xəbər verir ki, həmin məbləğin şəhərlərə görə dəyişdiyi qeyd olunur. Məsələn, Rəştdə bu rəqəm 700 milyon tüməndirsə (təxminən 5 000 dollar), Tehranda 1 milyard tümənə (təxminən 7 000 dollar) çatır.Bu məbləğlərin adi iranlı ailələr üçün əlçatmaz səviyyədə olması vurğulanır. Orta əməkhaqqının 100 dollardan aşağı olduğu ölkədə bu rəqəmlər fantastik sayılır.“BBC”-yə danışan bir ailə üzvü təhlükəsizlik qüvvələrinin ödəniş alınmayan cəsədləri gizli şəkildə basdırdıqlarını bildirib.Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
92
www.bakupost.az

1Источники