RU

“Mavi Ulduz” əməliyyatı Xalistan hərəkatının başlanğıcı oldu - Pəncab hökumətinin naziri

Bakı.Trend:

Zorakılığın siqlərə (Zikhlərə) qarşı bu qədər dərin köksalmasının səbəbi siyasi fürsətçilik, dövlət repressiyası vəsiqlərin kimliyinin və milli arzularının inkarınınbirləşməsidir.

Trend xəbərverir ki, bu fikirləri bugün Pəncab hökumətinin İnsan Haqları vəAzlıqların məsələləri naziri Rameş Sinq Arora “Hindistanda Zikhlərəvə digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcudreallıqlar” adlı beynəlxalq konfransda deyib.

“Bunun üçün Hindistan Konstitusiyasının 25(b) maddəsinə baxmaqkifayətdir. Yəni konstitusion hüquq müstəvisində siqlərin kimliyifaktiki olaraq silinir”, - o vurğulayıb.

Nazir qeyd edib ki, 1984-cü ildə baş verən “Mavi Ulduz”əməliyyatı zamanı ordunun siqlərin ən müqəddəs məbədi olan QızılMəbədə hücumu bunun bariz nümunəsidir:

“Bu hadisə siq kollektiv şüurunda dərin yaralar açdı və eynizamanda Xalistan hərəkatının , yəni tam azadlıq və suverenlikideyasının başlanğıcı oldu. Bundan sonra mübarizə artıq Pəncabştatı üçün daha geniş muxtariyyət tələbi deyil, tam müstəqillikuğrunda aparılan bir mübarizəyə çevrildi. 31 oktyabr 1984-cü ildəBaş nazir İndira Qandinin qətlə yetirilməsi isə sonrakı hadisələrüçün bəhanəyə çevrildi. Ardınca Dehlidə və digər şəhərlərdəsoyqırım baş verdi: siyasətçilər tərəfindən verilmiş seçicisiyahıları ilə silahlanan dəstələr siq ailələrinin evlərinə hücumetdi, siq kişiləri diri-diri yandırdı, uşaqları öldürdü, qadınlaratəcavüz etdi. Bu, Hindistan dövlətinin özünün başlatdığı soyqırımprosesini tamamlamaq üçün qitə miqyasında həyata keçirilən bir cəhdidi”.

O qeyd edib ki, bu gün, 40 ildən çox vaxt keçməsinə baxmayaraq,həmin zorakılığa görə məsuliyyət daşıyan şəxslər hələ də cəzasızqalır:

“1984-cü il soyqırımının qurbanları üçün bu günə qədər realhüquqi ədalət təmin edilməyib. Bu baxımdan Hindistanın dünyayatəqdim etdiyi “həqiqət” sual altındadır.

Hindistan bu tarixi mərhələni “iğtişaş” (riot) adlandırır.Halbuki iğtişaş iki bərabər tərəfin qarşıdurması deməkdir. Bu isəgüclü bir dövlətin bütün mexanizminin işə salınmasını, seçicisiyahılarının zorakı dəstələrə verilməsini, polisin kənardan baxıbheç nə etməməsini və ya birbaşa zorakılıqda iştirakını, ordunun vətəhlükəsizlik qüvvələrinin sülhü bərpa etmək üçün səfərbəredilməməsini əhatə etməməlidir”.

Избранный
87
az.trend.az

1Источники