RU

Albaniya gələcəkdə TAP vasitəsilə qaz tədarük həcmlərinin artırılmasında maraqlıdır - Səfir (ÖZƏL MÜSAHİBƏ)

Bakı.Trend:

2026-cı ildə Trans-Adriatik qaz kəməri (TAP) vasitəsiləAzərbaycan qazının Albaniyaya tədarükünün başlanması ölkənin enerjibalansına müsbət və strateji təsir göstərəcək, həmçinin onun enerjitəhlükəsizliyini gücləndirəcək.

Bunu Trend-ə özəlmüsahibəsində Albaniyanın Azərbaycandakı Fövqəladə və SəlahiyyətliSəfiri Besart Kadia bildirib.

“Bu addım ölkənin enerji balansının şaxələndirilməsinə,hidroenerjidən asılılığın azaldılmasına, həmçinin enerji sistemininsabitliyinin və dayanıqlığının artırılmasına töhfə verəcək. Butəşəbbüs 2023-cü ilin mayında iqtisadi, sənaye və texnolojiəməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasının nəticələri iləəhəmiyyətli dərəcədə möhkəmlənmiş ikitərəfli əməkdaşlıqçərçivəsinin genişlənməsinə əsaslanır.

Xüsusilə 2025-ci ilin aprelində Azərbaycanın energetika naziriPərviz Şahbazovun səfəri zamanı təqdim edilən Korça şəhərindəki‘Nur’ qazlaşdırma layihəsi bu tərəfdaşlığın real infrastruktur vəsosial-iqtisadi nəticələrə çevrildiyini əyani şəkildə nümayişetdirir. Ümumilikdə, TAP vasitəsilə qaz tədarükü uzunmüddətlistrateji tərəfdaşlığı əks etdirir, Albaniyanın enerjitəhlükəsizliyini gücləndirir və eyni zamanda Azərbaycanın regionalenerji sabitliyinin təminində əsas tərəfdaş kimi mövqeyinimöhkəmləndirir”, – deyə o qeyd edib.

Kadia bildirib ki, ilkin mərhələdə nəzərdə tutulan 0,16 milyardkubmetr həcm Albaniyanın qazlaşdırılması prosesində mühüm birinciaddım hesab olunur.

“Albaniya gələcəkdə daxili infrastrukturun və regionaləlaqəliliyin inkişafı ilə paralel olaraq bu həcmlərinartırılmasında aydın maraqlıdır. Albaniya Korça şəhərininqazlaşdırılması, yeraltı qaz anbarlarının yaradılması, transsərhədqaz ötürmə sistemlərinin inkişafı, eləcə də Trans-Adriatik qazkəmərindən optimal istifadə istiqamətində Azərbaycanın rolunuyüksək qiymətləndirir. Hər iki ölkə həmçinin İon-Adriatik qazkəməri layihəsini və Avropa İttifaqının Cənub Qaz Dəhliziningenişləndirilməsi təşəbbüslərini dəstəkləyir. Bu kontekstdəAlbaniya qaz sənayesinin inkişafı üzrə Baş Planını yeniləyir vəSOCAR və onun aidiyyəti strukturlarının yüksək qiymətləndiriləntexniki dəstəyi ilə qaz nəqli sisteminin ötürücülük qabiliyyətiniartırır ki, bu da gələcəkdə qaz tədarükü həcmlərinin mərhələlişəkildə artırılması üçün möhkəm əsas yaradır”, – deyə səfir izahedib.

SOCAR-ın qazlaşdırma üzrə layihəsiningenişləndirilməsi

Kadiya qeyd edib ki, Korça şəhərinin qazlaşdırılması layihəsiflaqman və pilot layihə kimi nəzərdən keçirilir və onun mərhələlişəkildə Albaniyanın digər regionlarına yayılması istiqamətindəgüclü maraq mövcuddur.

“TAP vasitəsilə qaz tədarükü dayanıqlı xarakter aldıqca vədaxili infrastruktur inkişaf etdikcə, Albaniya qaz şəbəkələrininölkənin digər şəhərlərinə və iqtisadi zonalarına genişləndirilməsiimkanlarını nəzərdən keçirir. Bu proses yenilənmiş qaz sənayesinininkişafı üzrə Baş Plana uyğun olaraq mərhələli və əlaqələndirilmişşəkildə, SOCAR və onun aidiyyəti strukturları ilə sıx əməkdaşlıqçərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Ortaq məqsədenerji təhlükəsizliyinin möhkəmləndirilməsi və dayanıqlı iqtisadiinkişafın dəstəklənməsidir”, – deyə o vurğulayıb.

“Yaşıl” enerji sahəsində əməkdaşlıqperspektivləri

Səfir həmçinin qeyd edib ki, Albaniya regional əlaqəliliyingücləndirilməsinə və “təmiz” enerji mənbələrinin şaxələndirilməsinəyönəlmiş strateji təşəbbüsləri, o cümlədən Qara dəniz enerji kabelilayihəsini böyük maraqla izləyir. “‘Yaşıl’ energetikanın inkişafınavə yeni enerji dəhlizlərinin formalaşdırılmasına sadiqliyiçərçivəsində Albaniya öz milli enerji strategiyasına və regionalprioritetlərinə uyğun iştirak formalarını nəzərdən keçirməyəaçıqdır. Albaniya iri enerji infrastruktur layihələrinin təşviqindəAzərbaycanın aparıcı rolunu yüksək qiymətləndirir və Azərbaycanenergetikasının — həm qaz, həm də bərpa olunan enerji sahəsində —regional enerji təhlükəsizliyinin təminində, o cümlədən QərbiBalkanlarda mühüm əhəmiyyətini tanıyır.

Qaz sənayesinin inkişafı üzrə Baş Plan yeniləndikcə və enerjiinfrastrukturu genişləndikcə, Albaniya Azərbaycanın təcrübəsindənistifadəni və əməkdaşlığı, habelə Avropa İttifaqının dəstəyi iləqarşılıqlı fəaliyyət formatlarını alqışlayır ki, bu da regional vəAvropa enerji bazarlarına daha dərindən inteqrasiyaya və dayanıqlı,etibarlı enerji sistemlərinə keçidə töhfə verəcək”, – deyə Kadiavurğulayıb.

O hesab edir ki, artıq həyata keçirilən flaqman layihələrləyanaşı, Albaniya və Azərbaycan strateji və kompleks yanaşmaəsasında enerji sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsiüçün əhəmiyyətli potensiala malikdir.

“Prioritet istiqamətlər sırasında enerji mənbələrininşaxələndirilməsi, yeni dəhlizlərin inkişafı, bərpa olunan enerjilayihələri, enerji yığım sistemləri, mayeləşdirilmiş təbii qazın(MTQ) tədarükü üçün infrastruktur, eləcə də təcrübə mübadiləsi vəpotensialın artırılması yer alır. Bununla yanaşı, Albaniya enerjisektorundan kənarda da əməkdaşlığın genişləndirilməsinə böyükəhəmiyyət verir — ilk növbədə nəqliyyat əlaqəliliyi, ticarət vəkiçik və orta sahibkarlıq tərəfdaşlığı, dayanıqlı kənd təsərrüfatıvə ərzaq təhlükəsizliyi, təhsil, turizm və mədəni mübadilələrsahələrində.

İnstitusional qarşılıqlı əlaqələrin dərinləşdirilməsi, biznesicmaları arasında əlaqələrin inkişafı və birgə forumlarınkeçirilməsi investisiyaların cəlb edilməsinə və ortaq təşəbbüslərinreallaşdırılmasına əlavə töhfə verəcək. Energetika, iqtisadiyyat,əlaqəlilik, innovasiya və humanitar təmasları ehtiva edən bu bütövyanaşma həm Albaniya, həm də Azərbaycan üçün dayanıqlısosial-iqtisadi faydaların təmin edilməsinə və ikitərəflimünasibətlərin daha da dərinləşməsinə xidmət edəcək”, – deyə oəlavə edib.

İnvestisiya imkanları

Kadia qeyd edib ki, Albaniya ölkənin milli inkişaf məqsədlərinəvə ikitərəfli əməkdaşlıq gündəminə uyğun olan bir sıra prioritetsahələrdə Azərbaycan investisiyalarını alqışlayır.

“Enerji sahəsindən əlavə, Albaniya nəqliyyat və logistika,turizm və otel işi, dayanıqlı kənd təsərrüfatı və ərzaqməhsullarının emalı, rəqəmsal innovasiyalar və infrastrukturuninkişafı sahələrində investisiyalar üçün böyük potensial görür.Kiçik və orta biznes arasında ticarət və tərəfdaşlıq istiqamətindədə imkanlar mövcuddur ki, buna AIDA və AZPROMO arasında əməkdaşlıq,eləcə də ticarət-sənaye palataları arasında əlaqələrinmöhkəmləndirilməsi vasitəçilik edir.

Sabit investisiya mühiti, qanunvericiliyin davamlıharmonizasiyası, hədəfli biznes forumları və B2B təşəbbüslərisayəsində Albaniya qarşılıqlı iqtisadi faydalar yaradan və hər ikiölkənin uzunmüddətli dayanıqlı inkişafına xidmət edən Azərbaycaninvestisiyalarının cəlb edilməsini asanlaşdırmağa çalışır”, – deyəAlbaniyanın səfiri vurğulayıb.

O qeyd edib ki, alban şirkətləri Azərbaycanın azad edilmişərazilərinin bərpasında iştirakda maraq göstərirlər.

“Belə layihələrdə iştirak təcrübə bölüşmək, infrastruktur,tikinti və əlaqəli sahələrdə texnologiya və xidmətlər təqdim etməkimkanı yaradır. Bu qarşılıqlı fəaliyyət ikitərəfli iqtisadiəməkdaşlığın daha geniş çərçivəsinə uyğundur, ticarəti,investisiyaları və uzunmüddətli biznes tərəfdaşlıqlarınıgücləndirir, habelə Albaniyanın dayanıqlı inkişafı və regionalrifahı təşviq edən təşəbbüslərə dəstək öhdəliyini əks etdirir”, –deyə Kadia bildirib.

İqtisadi əlaqələrin genişləndirilməsi üçün digər imkanlardandanışan səfir qeyd edib ki, Albaniya alban və azərbaycanlışirkətlər arasında birgə müəssisələrin yaradılmasını ikitərəfliiqtisadi əməkdaşlığın gücləndirilməsi üçün strateji alət kimialqışlayır.

“Belə tərəfdaşlıqlar təcrübə, texnologiya və resurslarınbirləşdirilməsi üçün imkanlar yaradır, innovasiyaların təşviqinə,rəqabət qabiliyyətinin artırılmasına və birgə layihələrin uğurlahəyata keçirilməsinə töhfə verir. Birgə müəssisələr xüsusiləenergetika, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı vəturizm kimi sahələrdə böyük potensiala malikdir, həmçininticarətin, investisiyaların və uzunmüddətli əməkdaşlığın inkişafınaxidmət edir. Onlar dayanıqlı inkişafa və ikitərəfli münasibətlərindərinləşdirilməsinə ortaq sadiqliyi əks etdirir”, – deyə o izahedib.

Bundan əlavə, turizm əməkdaşlığından danışan səfir Azərbaycanınvə Albaniyanın arasında birbaşa aviareyslərin açılmasını ikitərəflimünasibətlərin möhkəmləndirilməsi üçün strateji addım kimialqışladıqlarını bildirib.

“Vizadan azad səyahət haqqında mövcud sazişə əsaslanan havaəlaqəsinin genişləndirilməsi biznes, turizm və mədəni mübadilələrininkişafına, eləcə də insanlar arasında əlaqələrin güclənməsinəxidmət edəcək. Bu təşəbbüs ticarətin, investisiyaların və regionaləlaqəliliyin genişləndirilməsi istiqamətində davam edən səyləritamamlayaraq, hər iki ölkənin iqtisadi, mədəni və sosialtərəfdaşlığın dərinləşdirilməsinə ortaq sadiqliyini əks etdirir”, –deyə o əlavə edib.

Azərbaycan və Ermənistan arasında sülh prosesihaqda

Səfir qeyd edib ki, Albaniya Azərbaycan və Ermənistan arasındadialoqda son dövrlərdə müşahidə olunan müsbət irəliləyişlərialqışlayır və ümid edir ki, bu addımlar münaqişənin uzunmüddətlihəllinə gətirib çıxaracaq.

“Biz vəziyyəti diqqətlə izləməyə davam edirik və hər iki ölkəninsuverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasınadəstəyimizi bir daha təsdiqləyirik. Vurğulayırıq ki, beynəlxalqnorma və prinsiplərə tam riayət olunmaqla aparılan konstruktivdialoq Cənubi Qafqazda davamlı sülhün, barışığın və sabitliyin əldəolunmasının əsas açarıdır.

Albaniya hər iki ölkənin qarşıdurma əvəzinə dialoqa hazırolmasını yüksək qiymətləndirir və Prezident Trampın liderliyi iləAğ Ev səviyyəsində təsbit olunmuş sülh yolunda tarixi mərhələnialqışlayır. Biz bu razılaşmanı onilliklər davam edən münaqişəninbaşa çatmasını tərənnüm edən, münasibətlərin tam normallaşması,eləcə də regional etimadın, sabitliyin və təhlükəsizliyinmöhkəmləndirilməsi üçün əsas yaradan mühüm addım kimiqiymətləndiririk”, – deyə Kadia bildirib.

Qarşıda gözlənilən tədbirlər və səfərlərbarədə

Səfir qeyd edib ki, Albaniya Azərbaycanla ikitərəfliəməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək yüksəksəviyyəli səfərlər və birgə tədbirlər silsiləsini səbirsizlikləgözləyir.

“İqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Birgə İşçiQrupunun ikinci iclasının Tiranada keçirilməsi planlaşdırılır. Buiclas konkret layihələrin təşviqi və institusional qarşılıqlıfəaliyyətin dərinləşdirilməsi üçün platforma yaradacaq. PrezidentBayram Beqay 13–15 mart tarixlərində Nizami Gəncəvi BeynəlxalqMərkəzinin təşkil etdiyi tədbirdə iştirak etmək üçün Azərbaycanasəfər edəcək ki, bu da Albaniyanın mədəni və intellektualmübadiləyə sadiqliyini nümayiş etdirir.

Bundan savayı, 18 may 2026-cı il tarixində Bakıda keçiriləcək“WUF13” çərçivəsində dünya liderlərinin xüsusi görüşlərində Başnazir Edi Ramanın iştirakı gözlənilir ki, bu da Albaniyanınregional və qlobal dialoqlarda fəal rolunu əks etdirir. Digər birsıra səfərlər və birgə təşəbbüslər təsdiqlənmə mərhələsindədir ki,bu da hər iki ölkənin iqtisadi, mədəni və texnoloji sahələrdəəməkdaşlığın genişləndirilməsinə qarşılıqlı sadiqliyini göstərir”,-deyə Kadia yekunlaşdırıb.

Albaniya
Albaniya
Albaniya
Albaniya
Məqalədə:
Избранный
127
50
az.trend.az

10Источники