RU

Motosiklet yük maşınına çırpıldı - Rusiya vətəndaşı öldü

10:34 16.01.2026
10:34 16.01.2026

Bakıda yük avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.

Mynews.az "Report"a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Ələkbərov Emil Elşən oğlu idarə etdiyi "Haojue HJ150-6" markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə "Hyundai HD-65" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.


Избранный
81
9
mynews.az

6Источники