RU

Abbas Abbasov: Heç bir konfrans siqhlərin üzləşdiyi qətliamları, insan hüquqları pozuntularını və vəhşilikləri tam şəkildə əks etdirə bilməz

Bakı, 16 yanvar, AZƏRTAC

Bu gün burada ağrılı, təxirəsalınmaz və çox vaxt da laqeyd yanaşılan bir məsələ haqqında danışırıq. Belə ki, Hindistanda siqhlərə qarşı irqçilik və zorakılığı müzakirə etmək üçün yığışmışıq.

Bu konfrans yalnız akademik müzakirə və ya simvolik tədbir deyil. Bu, açıq və səmimi danışmaq, düşünmək və məsuliyyət tələb etmək üçün yaradılmış bir platformadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda “Hindistanda siqhlərə və digər azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

O bildirib ki, konfrans zamanı siqhlərə qarşı ayrı-seçkiliyin tarixi köklərini və ədalətin bərqərar olunması uğrunda davam edən mübarizə nəzərdən keçiriləcək, tarixi faktlar və şahid ifadələri ilə bu problemin həqiqi və obyektiv mənzərəsi təqdim olunacaq.

Избранный
152
azertag.az

1Источники