RU

“Pezeşkianın son müraciətində xalqa verdiyi vədlər yerinə yetirilməlidir”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-ın suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, müsahibəni təqdim edir:

- Qüdrət bəy, ABŞ prezidenti Trampın İrandakı etirazçılara xitabən “dövlət orqanlarını tutun, yoldayıq, köməyə gəlirik” vədi özünü doğrultmadı. Tramp niyə geri çəkildi?

- Oxşar hadisə 9 yanvar 1905-ci ildə Rusiyada, Sankt-Peterburqda baş verib. Keşiş Qapon fəhlələri çara qarşı yürüşə dəvət edir, amma özü gəlmir. Polis tərəfindən nümayişçilərə atəş açılır, yüzlərlə insan ölür, yaralanır. Həmin gün “Qanlı bazar günü” kimi tarixdə qaldı. Sonradan Keşiş Qaponun polislə işbirliyi üzə çıxır və bir il sonra onu öldürürlər.
Trampa gəldikdə, o tez-tez fikrini dəyişən, impulsiv xarakterli bir şəxsdir. Görünür camaatı küçələrə çağırıb, “yoldayıq, dövlət binalarını tutun” deyən anda ABŞ-nin imkanlarını düzgün hesablamayıb, yaxın ətrafı və hərbçilərlə ciddi məsləhətləşmələr aparmadan belə bir vəd veribmiş. Onun hərbi əməliyyatdan ərəb ölkələrinin xahişi ilə geri çəkilməsi barədə deyilənləri ciddi qəbul etmək lazım deyil. O xarakterli adamları ya onların tələblərini yerinə yetirməklə, ya da güclə dayandırmaq olar. Rusiya və Çinin kəskin etirazı və İrana kömək vədi məncə onu dayandıran həlledici faktor oldu. Onu başa saldılar ki, Venesuelada əldə olunan asan uğuru burada qazanmaq mümkün olmayacaq. Yəqin ki, ikinci mühüm faktor İranın əks zərbələrinin ağır nəticələr doğura biləcəyi barədə Trampa təqdim olunan hesabat olub.
ABŞ-yə güvənib hərəkət etməyin nə qədər səhv və təhlükəli olması növbəti dəfə özünü göstərdi. Amma ABŞ-nin daha böyük qüvvə səfərbər edib İrandakı rejimi dəyişməyə cəhd edəcəyi ehtimalı çox yüksəkdir.

- Rəsmi Tehranın bu mərhələdə qarşıdurmadan qalib çıxdığını söyləmək olarmı?

Избранный
91
5
publika.az

6Источники