ain.az bildirir, Fanat portalına istinadən.
Ölkə xaricində təlim-məşq toplanışında olan Azərbaycanın daha iki komandası bu gün yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, "Qarabağ" və "Neftçi" ilə yanaşı, "Zirə" ilə "Sumqayıt" da növbəti matçlarına çıxacaqlar.
Antalyada hazırlıq keçən "Zirə" bu gün 2 oyunda gücünü sınayacaq. Paytaxt klubu günün ilk yarısında Ukraynanın "Aleksandriya", ikinci yarısında isə Çexiyanın "Bohemians 1905" kollektivləri ilə görüşəcək.
"Zirə" Türkiyədəki ilk oyunda Rumıniyanın "Çiksereda" klubu ilə bərabərə qalıb - 3:3.
"Sumqayıt" isə Antalyada sonuncu oyununu Xorvatiya təmsilçisi "Osiyek"ə qarşı keçirəcək.
Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın "Pakş" və Serbiyanın "OFK Belqrad" komandalarına uduzub - 1:5, 1:4.
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.