Goranboyda mal-qaraya çırpılan "VAZ 2107" markalı avtomobildə xəsarət almış Xocalı rayon sakinləri, 1998-ci təvəllüdlü sürücü Fərid Əliyev, 1971-ci təvəllüdlü Təranə Əliyeva və 1989-cu il təvəllüdlü Şəlalə Şadmanovanın sağlamlıq durumu açıqlanıb.
Paralel.az xəbər verir ki, 16 yanvar 2026-cı il tarixində saat 9:20 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Onların müalicəsi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта