RU

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək - FOTO

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdman.Biz xəbər verir ki, turnirdə mübarizə aparan 36 komandadan 24-ü növbəti mərhələyə adlayıb.

Liqa mərhələsini ilk 8 pillədə başa vuran komandalar birbaşa 1/8 finala vəsiqə qazanıblar.

Qalan 16 kollektiv isə pley-off mərhələsində çıxış edəcək. Bu komandaların 8-i səpələnmiş, 8-i isə səpələnməmişlər səbətində yer alıb.

Səpələnmişlər: “Alkmaar” (Niderland), “Selye” (Sloveniya), “Kristal Palas” (İngiltərə), “Fiorentina” (İtaliya), Lausanne-Sport (SUI), “Lex”(Polşa), “Riyeka” (Xorvatiya), “Samsunspor” (Türkiyə) (9-16-cı yeri tutanlar)

Səpələnməmişlər: “Drita” (Kosova), “Yagelloniya” (Polşa), KuPS (Finlandiya), “Noa” (Ermənistan), “Omoniya” (Kipr), “Şkendiya” (Makedoniya), “Siqma” (Çexiya), “Jrinski” (Βosniya və Herseqovina) (17-24-ci yeri tutanlar)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19 və 26 fevral tarixlərində keçiriləcək.

İdman.Biz
Избранный
95
1
idman.biz

3Источники