Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinindəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzbəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağıgözlənilir.
Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərindəyağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışınsulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyiəsəcək.
Havanın temperaturu gecə 0 dərəcədən 3 dərəcəyədək, gündüz 4dərəcədən 7 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan yüksək768 mm civə sütunu, nisbi rütubət isə 75-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı,dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrıyerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdəarabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə - 4 dərəcədən 1 dərəcəyədək, gündüz 5dərəcədən 10 dərəcəyədək, dağlarda gecə -5 dərəcədən -10dərəcəyədək, yüksək dağlıq ərazilərdə -15 dərəcədən -20dərəcəyədək, gündüz 0 dərəcədən -5 dərəcəyədək olacaq.