RU

Polşa ABŞ-dən ilk dəfə F-35 qırıcı təyyarələrini alacaq

Varşavanın sifariş etdiyi ilk F-35 qırıcı təyyarələri iyun ayında Polşaya təhvil veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Sezari Tomçik açıqlama verib.

Tomçik "Radio Zet"də bildirib ki, bu tarix əvvəllər planlaşdırılandan gecdir. O əlavə edib ki, Polşanın sifariş etdiyi 32 ədəd F-35-dən 10-nun istehsalı artıq başa çatıb.

Избранный
81
1
bakivaxti.az

2Источники