RU

Danışmağı öyrənənə qədər susmaq çətin deyil... Məşhur macar yazıçıdan aforizmlər

ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün tanınmış macar yazıçı Kalman Miksatın doğum günüdür.

Kulis.az onun əsərlərindən aforizmləri təqdim edir.

Danışmağı öyrənənə qədər susmaq çətin deyil.

***

Qəssabdan ət alan çoban sayılmaz; qoyunun sahibi də ona baxan demək deyil.

***

Gecə sevgilinin əndamını olduğundan daha gözəl, düşmənini daha güclü, dərdini daha böyük, sevincini isə daha kiçik göstərir.

***

Ən böyük xoşbəxtliyin belə arxasınca və izində xoşagəlməyən bir “amma bəs?” sualı kölgə kimi dolaşır.

***

Dünya nemətləri insanı ruh aid zənginliklərdən uzaqlaşdırır.

***

Haqq xirqəsinin astarı vəzifədir.

***

Sısqa qoyuna arıq çoban...

***

İnsafsız əllərin yuvasını dağıdacağından qorxsa da quş yenə də yuva qurar.

***Qızılın qarşısında dəmirin də beli bükülür...

***

Öskürəklə yoxsulluq gizlədilə bilməz.

***

Yoldan çıxaran şeytanın dili necə də şirindir.

Tərcümə etdi: Sevinc Mürvətqızı

Oktay Kaynarca: “Alnım açıq, başım dikdir"

"Squid Game"in yaradıcısından yeni serial

Qəzada həlak olan, ölümündən sonra gizli kitabçası tapılan Xalq artisti

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
1
kulis.az

2Источники