RU

Rza Pəhləvi hakimiyyətə iddiasını izah edib | VİDEO

AzVision.az xəbər verir ki, keçmiş İran şahının oğlu Rza Pəhləvi“The Economist” nəşrinə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, bu keçid mərhələsində insanların neytral arbitr kimi etibar edə biləcəyi bir şəxsə ehtiyac duyulur.

“Birinci prinsip İranın ərazi bütövlüyüdür. İkinci prinsip dinin dövlətdən dəqiq şəkildə ayrılmasıdır. Bu, müvəqqəti hökumətin seçildiyi proses deyil. Bu, könüllü addımdır”, - Pəhləvi bildirib.

Rza Pəhləvi:“İran azad ölkə olacaq” | VİDEO
Ölkə əhalisinin əksəriyyətinin onu dəstəkləyib-dəstəkləmədiyi barədə suala da vəliəhd şahzadə özünəməxsus tərzdə aydınlıq gətirib.

- Mən bunu insanların iradəsi əleyhinə yox, onların xahişi ilə edirəm. İnsanlara güvənəcəkləri adam lazımdır və hazırda həmin şəxs mənəm. Mənə zəng ediblər. Amma təbii ki, hamı yox”,- Rza Pəhləvi söyləyib.

Xatırladaq ki, Rza Pəhləvi bundan əvvəl hakimiyyətin dəyişəcəyi təqdirdə İranın hərbi nüvə proqramını dayandıracağını, İsraili tanıyacağını və ABŞ ilə münasibətləri normallaşdırmağa çalışacağını bəyan etmişdi.



Sahil İsgəndərov
AzVision.az
Избранный
82
2
azvision.az

3Источники