RU

Qızıla yatırım məqsədəuyğun hesab olunur İqtisadçı ekspert

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İnsanlar bu gün əsasən iki istiqamətə - daşınmaz əmlak və qızıla yatırım etməyə çalışırlar. Daşınmaz əmlak daha az riskli hesab olunur və sabit qiymətini qorumaqla yanaşı, zaman-zaman dəyər qazanır. Bu, ən azı 30-40 il üçün planlaşdırılan uzunmüddətli investisiya formasıdır. Daha geniş perspektivdə isə qızıla yatırım məqsədəuyğun hesab olunur”.

İqtisadçı-ekspert Razi Abbasbəyli bunu 525.az-a açıqlamasında bildirib.

O hesab edir ki, qızıl hər zaman nisbətən az riskli və sabit dəyər qazanan kapital forması kimi qəbul edilir. Buna görə də insanlar əsasən iki istiqamətə daşınmaz əmlak və qızıla yatırım etməyə çalışırlar:

"Bu, həqiqətən də daha məqsədəuyğun sayılır”. 

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
57
525.az

1Источники