İran hüquq-mühafizə orqanları terrorçu qruplarla əlaqədə olmaqda və kütləvi iğtişaşlarda iştirak etməkdə ittiham olunan təxminən 3000 nəfəri saxlayıb.
"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, iğtişaşlar dekabrın 29-da rialın kəskin şəkildə düşməsi ilə başlayan və əksər böyük şəhərlərə yayılan küçə etirazlarından sonra başlayıb.
Hakimiyyət orqanları təxminən 40 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat verib. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri nümayişçilər arasında silahlı terrorçular peyda olub.
Rəsmi Tehran iğtişaşların təşkilində İsrail və ABŞ-ı günahlandırıb. ABŞ Prezidenti Donald Tramp əvvəllər İslam Respublikasına qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyini xəbərdar etmişdi.
Telegram kanalımız