RU

Liberal dünya nizamı sona çatdı və yeni bir dövr başladı

Artıq vahid qaydalara əsaslanan bir dünya yoxdur. Onun yerinə indi təsir dairələrinin qlobal şahmat lövhəsi var.

QHT.az xəbər verir ki, demokratiya və liberalizm dəyərlərinə əsaslanan beynəlxalq nizam faktiki olaraq çöküb və vahid Qərb artıq mövcud deyil. Avropa Xarici Əlaqələr Şurasının direktoru Mark Leonard Politico-da yazır ki, Donald Tramp administrasiyası transatlantik tərəfdaşlığı zəiflədib və ABŞ-a etimadı sarsıdır. Ekspert qeyd edir ki, getdikcə daha çox avropalı ABŞ-ı müttəfiq yox, rəqib və ya təhdid kimi qəbul edir. Sorğular göstərir ki, Almaniya, Fransa və İspaniyada ABŞ-a etibar edənlərin sayı yalnız 30%-ə çatır. Leonard vurğulayır ki, "Amerika Birinci" siyasəti Avropanı vahid Qərb kimi deyil, ayrıca geosiyasi oyunçu kimi qəbul etdirdi.

Eyni zamanda, ABŞ-ın Rusiyaya və Ukraynaya qarşı siyasətindəki dəyişiklik Avropaya güvəni artırıb. Bir çox ölkələr, o cümlədən Cənubi Afrika, Braziliya, Türkiyə və Hindistan, Pekinə ABŞ-dan daha etibarlı tərəfdaş kimi baxır. Ekspert hesab edir ki, dünya güc dairələri modelinə doğru dəyişir və Avropa ya müstəqil qütbə çevrilməli, ya da kənarda qalma riski daşıyır.

 

R.İmanov

Избранный
79
qht.az

1Источники