RU

Bu məhsul qiymətindən 5-6 dəfə BAHA SATILIR

“Millət, gözümüz aydın olsun, Azərbaycan xarici ölkələrdən, o cümlədən Efiopiyadan qərənfil almağa başlayıb – 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 188 min ABŞ dolları dəyərində 2,72 milyon ədəd qərənfil gətirilib”. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bu məhsul başa gəldiyi qiymətdən 5-6 dəfə baha satılır:

“Gömrük sənədlərinə əsaslansaq, 2 mln. 720 min ədəd qərənfilə 319 min 600 manat vəsait ödənilib, yəni, 1 qərənfil ölkəyə, təqribən, 12 qəpiyə başa gəlib. 

Ölkədə bu məhsul başa gəldiyi qiymətdən 5-6 dəfə baha satılır – bu ayrı problemdir, əsas məsələ odur ki, SSRİ dövründə 270 mln.-luq sovetləri Azərbaycan, az qala, təkbaşına qərənfillə təmin edirdi, amma indi Efiopiyadan gül almağa məcburuq. Ölkədə istehsalla, əkin-biçinlə məşğul olmaq gəlirli deyil...”

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
123
1
yenisabah.az

7Источники