RU

Bu şəxslər güzəştli kreditlər ala biləcək AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycanda kreditə tələbat gündən-günə artır və bu müraciətlərin arasında təqaüdçülər, aztəminatlı ailələr və digər həssas qruplar da yer alır. Bu kateqoriyadan olan insanlar adətən krediti lüks istehlak üçün deyil, əsas ehtiyaclarını qarşılamaq məqsədilə götürürlər”.Bunu Demokrat.az-a açıqlamasında bank məsələləri üzrə mütəxəssis Nahid Rəfail deyib.Onun sözlərinə görə, məhz buna görə də bu sahədə xüsusi yanaşmaya ehtiyac var:“Dünyanın bir çox ölkələrində həssas qruplar üçün güzəştli faiz dərəcələri, daha uzun müddətli ödəniş qrafikləri və dövlət zəmanətli kredit mexanizmləri tətbiq olunur. Bu mexanizmlər həm sosial yükü azaldır, həm də banklar üçün riskləri minimuma endirir. Azərbaycanda da belə bir mexanizmin tətbiqi mümkündür, lakin bunun üçün bir neçə şərt vacibdir. İlk növbədə, bu kreditlər birbaşa kommersiya banklarının deyil, dövlət və ya dövlət-banka tərəfdaşlıq modeli ilə verilməlidir. Dövlət faizlərin bir hissəsini subsidiya edə və ya kreditlərə zəmanət verə bilər”.O bildirib ki, digər mühüm məsələ maliyyə savadlılığıdır:“Həssas qruplar üçün kredit yalnız aşağı faizlə deyil, eyni zamanda aydın və şəffaf şərtlərlə təqdim olunmalıdır. Əks halda, güzəştli kreditlər belə borc yükünü daha da ağırlaşdıra bilər. Düzgün mexanizm qurularsa, güzəştli kreditlər həm sosial rifahın artmasına, həm də bank sektorunda sağlam kredit portfelinin formalaşmasına töhfə verə bilər. Burada əsas məsələ krediti vermək deyil, krediti təhlükəsiz və idarəolunan etməkdir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
133
demokrat.az

1Источники