ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
“Əlbəttə ki, Ermənistan Baş Naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlaması müsbət qiymətləndirilməlidir. Lakin bu yolun qanuni sahibi artıq ABŞ-Ermənistan konsorsiumudur”.
Globalinfo.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov deyib.
Sabiq nazir başqa bir məsələyə də diqqət çəkib.
“Düşünürəm ki, onlarla Azərbaycan vətəndaşlarının və yüklərinin tranziti üçün xüsusi şərtləri tənzimləyən müqavilə bağlanmalıdır”, – deyə o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyan ABŞ-ın TRİPP proqramının hazırlıq prosesi üçün artıq 140 milyon dollar ayırdığını deyib. O bildirib ki, TRİPP yolu Ermənistanı, ABŞ-ı və Azərbaycanı məmnun edir. “Düşünürəm ki, investisiyaların böyük olacağı göz qabağındadır. Bu gün heç kim sizə rəqəm deyə bilməz. Yalnız layihə təsdiqləndikdən və hesablandıqdan sonra hər bir layihənin qiyməti müəyyən ediləcək”, – Paşinyan əlavə edib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.