RU

Türkiyənin ilk elektrikli ZTR si təqdim olunub FOTOLAR

ain.az, Azvision portalına istinadən məlumat verir.

Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, elektrikli zirehli transportyor "M113" sinifli ZTR-nin modernləşdirilməsi nəticəsində meydana gətirilib. Ən son texnoloji cihazlara malik hərbi maşının Türkiyənin Quru Qoşunları Komandanlığında istifadəsi nəzərdə tutulur. "E-ZPT" layihəsinin rəhbəri baş Mühəndis Xəlil Çəlik mətbuata açıqlamasında diqqətə çatdırıb ki, transportyorun sınaq mərhələsi 2024-cü ilin 14 oktyabrında başlayıb: "Həmin gündən bəri fasiləsiz surətdə bir çox müxtəlif sınaqdan keçirilən ZTR generator sayəsində 650 kilometrədək məsafə ötmək gücünə malikdir. Çəkisi 15 ton, hündürlüyü 2,25, uzunluğu 5,35, eni isə 2,7 metrdir. Maşın 0-dan 50 kilometr/saat sürətə cəmi 8 saniyədə çatır. Daxilində yeddi ekipaj üzvü daşıya biilən transportyorun enerji yığma müddəti isə təqribən 1,5 saatdır".

Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
131
2
azvision.az

3Источники