RU

Siyəzən polisi əməliyyat keçirib

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Odlu silah və narkotik vasitələr aşkarlanıb

Üzərində qanunsuz odlu silah-sursat saxlayan 38 yaşlı Səxavət Kərimov Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, ondan 1 ədəd lüləsi kəsilən tüfəng və 4 ədəd patron aşkarlanıb.

Həyata keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 32 yaşlı Nüsrət Qafarov saxlanılıb. Həmin şəxsdən isə heroin, metamfetamin və metadon həbləri götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
86
ayna.az

1Источники