RU

Putin Netanyahu və Pezeşkianla danışdı


Rusiya Prezidenti Vladimir Putin və İsrail Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Yaxın Şərqdəki və İrandakı vəziyyət müzakirə edilib.
Vladimir Putin bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün siyasi və diplomatik səylərin gücləndirilməsinə dair fundamental yanaşmalarını bəyan edib.
Rusiya lideri həmçinin Moskvanın Yaxın Şərqdəki vəziyyəti sabitləşdirmək üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu təsdiq edib. O, Rusiyanın bütün maraqlı dövlətlərin iştirakı ilə konstruktiv dialoqa kömək etməyə hazır olduğunu bildirib.
Həmçinin tərəflər arasında müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə edilib.
Putin daha sonra İran Prezidenti Məsud Pezeşkianla da telefon danışığı aparıb.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Избранный
89
yeniavaz.com

1Источники