RU

Azərbaycan Boks Federasiyasının rəsmisi: Sanksiyalarla bağlı hesablamanı obyektiv hesab etmirəm

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov boksun 2017-2025-ci illər aralığında ən çox sankiya almış idman növləri arasında ikinci olmasına münasibət bildirib.

Federasiya rəsmisi AZƏRTAC-a müsahibəsində bu göstərəcini obyektiv hesab etmədiyini deyib.

“Bizim elə bir mexanizmimiz yoxdur ki, Respublika çempionatında iştirak edən boksçular əvvəlcədən yoxlanılsın və yalnız bundan sonra yarışa buraxılsın. Çünki bu proses birbaşa WADA və AMADA tərəfindən həyata keçirilir və boksçuların əvvəlcədən yoxlanılıb yarışlara qatılması qaydalara ziddir. Bu baxımdan, sizin qeyd etdiyiniz hesablamanı o qədər də obyektiv hesab etmirəm. Niyə? Çünki Respublika çempionatında iştirak edən idmançıların təxminən 99 faizi millinin üzvü deyil. Onlar üçün medal qazanmaq və beynəlxalq arenaya çıxmaq əsas prioritet hesab olunmur. Məhz bu səbəbdən də bəzi hallarda onlar qadağan olunmuş preparatlardan istifadə edərək Respublika çempionatında iştirak edirlər” , - deyə N. Səfərov vurğulayıb.

Избранный
98
azertag.az

1Источники