RU

​Məşhur müğənni bələdiyyə sədri ilə eşq yaşayır

Türkiyənin sevilən müğənnisi Sevcan Orhanın gizli eşq yaşadığıı üzə çıxıb.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, sənətçi uzun müddətdir Bucanın bələdiyyə sədri Görkəm Dumanla birlikdədir. Cütlük bir müddət əvvəl Taylandda tətildə olub. Tayland səfəri ilə bağlı şəkillərin ortaya çıxması müğənnini həqiqəti dilə gətirməyə məcbur edib. Sevcan Orhan deyib ki, onlar bir-birini çox yaxşı anlayırlar: “Bu münasibət ikimizi də xoşbəxt edir”.

Sənətçi puluna görə bələdiyyə sədri ilə sevgili olduğuna dair iddiaları rədd edib. Onun sözlərinə görə, aralarında “könül bağı” var: “Mən uzun illərdir sənət aləmindəyəm. Yaxşı pul qazanıram. Yeməyə də, geyinməyə də pulum var. Taylandda istirahət eləməyə imkanım çatır. Deyilənlər dedi-qodudur”.

Избранный
55
metbuat.az

1Источники