RU

Bakının bu rayonunda bir ayda 65 nəfəri it dişləyib Deputat

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son zamanlar sahibsiz itlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Əhali müraciət edir, amma bələdiyyələr bu məsələləri həll etmək imkanında deyirlər.

Lent.az-ın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Arzuxan Əlizadə  deyib.“Mən bu məsələ ilə bağlı bu yaxınlarda Sabuncu rayon İcra Hakimiyyətinə, onlar da Bakı Şəhər İcra Hakimiyyətinə və müvafiq qurumlara müraciət etdilər. Bakıxanov qəsəbəsində mənə bir rəsmi məlumat da verdilər. 11 saylı poliklinikaya bir ay ərzində 65 it dişləməsi ilə bağlı müraciət olub.

Uşaqlar məktəblərə, valideynlər səhər işə gedəndə bu problemlərlə üzləşirlər. Əvvəlcə bələdiyələrə müraciət olunur, amma bələdiyələrin bu məsələləri həll etmək imkanları yoxdur”, -  deputat qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
lent.az

1Источники