RU

Bloomberg: ABŞ-nin İrana zərbə endirmə ehtimalı artmaqdadır...

Analitiklər riskin 2026-cı ilin ilk yarısında yüksək qalacağını bildirirlər...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin yazdığına görə, Eurasia Group-un analitikləri ABŞ-nin İrana mümkün hərbi zərbə endirmə ehtimalının yanvarın sonu – fevralın əvvəlində ABŞ aviadaşıyıcı qrupunun regiona çatmasından sonra daha da artacağını düşünürlər. Onların qənaətinə görə, bu risk 2026-cı ilin birinci yarısı boyunca yüksək səviyyədə qalacaq.

Analitiklər hesab edirlər ki, İran hakimiyyəti ölkədə baş verən etirazların əsas səbəblərini aradan qaldırmaq iqtidarında deyil. Bu isə yeni kütləvi nümayişlərin yenidən alovlanmasına gətirib çıxara bilər. Belə bir ssenari ABŞ prezidenti Donald Trampa Tehrana qarşı ritorikanı sərtləşdirmək, hədələri artırmaq və hətta hərbi gücdən istifadə üçün yeni əsaslar verə bilər.

Eurasia Group-un qiymətləndirməsinə görə, daxili sosial-iqtisadi problemlər, siyasi narazılıq və beynəlxalq təzyiqlərin paralel şəkildə davam etməsi İran ətrafında təhlükəsizlik risklərini yüksəldir. Bu fonda ABŞ-nin regiondakı hərbi mövcudluğunu gücləndirməsi və strateji manevrləri vəziyyəti daha da gərginləşdirə bilər.

Bloomberg qeyd edir ki, analitiklər İranla bağlı ssenarilərdə həm daxili etirazların, həm də Vaşinqtonun sərt xəttinin qarşılıqlı şəkildə bir-birini qidalandıra biləcəyini istisna etmirlər. Bu da Yaxın Şərqdə hərbi eskalasiya riskini artıran əsas amillərdən biri kimi dəyərləndirilir.

Poliqon.info

Избранный
34
poliqon.info

1Источники