RU

Assosiasiya sədri bələdiyyələri tənqid etdi

Bakı. Trend:

Vaxtilə bələdiyyələr cəmiyyətdə “torpaq satan təşkilat” kimitanınırdı. Mən düşünürəm ki, bu anlayış artıq bizim leksikonumuzdançıxmalıdır. Lakin son illərdə, xüsusilə 2018-ci ildən sonraqəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə əlaqədarbir neçə ildən sonra bələdiyyələrin “qəbiristanlıq yeri satantəşkilat” kimi tanınması təhlükəsi yaranır.

Trend xəbərverir ki, bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin MilliAssosiasiyasının sədri Hümbət Hüseynov Milli Məclisin Regionalməsələlər komitəsinin bugünkü iclasında deyib.

H.Hüseynovun sözlərinə görə, qəbiristanlıqlar bələdiyyələrətəhvil verilib, lakin bəzi regionlarda qəbir yerləri müxtəlifqiymətlərlə təqdim olunur. Bəzi hallarda rüsum tətbiq edilir:

“Məsələn, Binəqədi rayonunda 61 manat məbləğində rüsumun tətbiqedilir. Sual yaranır: bu rüsum hansı əsasla müəyyən edilib?Qanunvericiliyə görə, bu məsələlər qiymətləndirmə komitələri vəmüvafiq orqanlar tərəfindən tənzimlənməlidir”.

Sədr vurğulayıb ki, bələdiyyələr vətəndaşlara xidmət prinsipiəsasında fəaliyyət göstərməlidir və qəbiristanlıq yerləri ilə bağlıödənişlərin tətbiqi, ümumiyyətlə, məqsədəuyğun deyil:

“Bu torpaq sahələrinin vətəndaşlara ödənişsiz təqdim edilməsidaha doğru olardı. Doğrudur, qanunvericilikdə sosial vəziyyəti ağırolan şəxslər üçün dəfn xərclərinə dəstək göstərilməsi nəzərdətutulur. Lakin mən düşünürəm ki, torpaq sahəsinin verilməsi dəödənişsiz həyata keçirilməlidir ki, gələcəkdə bələdiyyələr yenidən“torpaq satan qurum” kimi formalaşmış mənfi imiclə üzləşməsin”.

Избранный
128
4
az.trend.az

10Источники