RU

Görüşünə gəlmişəm, sən, ey gözü bənövşə... - “Səksənincilər" layihəsindən Şamxal Rüstəmin şeirləri

Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən Şamxal Rüstəmin şeirlərini təqdim edir.

Şair Şamxal Rüstəm1952-ci il mayın 1-də Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini (1975) bitirib. Əmək fəaliyyətinə 1969-cu ildə Şəmkir mətbəəsində mürəttib kimi başlayıb. Universiteti bitirəndən sonra təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, bölgəmüxbiri (1975-1993) vəzifələrində çalışıb. Sonralar “Aypara” kiçik yaradıcılıq istehsalat müəssisəsinə (1993-2001), Şəmkir Xeyriyyə Fonduna (2001-2006) və “Yenilikçi” MMC-yə (2001-2010) rəhbərlik edib, “Qanun yolu” və “Jurnalist araşdırmaları” qəzetlərinin təsisçisi və baş redaktoru olub.

Ş.Rüstəm bədii yaradıcılığaerkən yaşlarından başlayıb, şeirləri 80-ci illərdən dövri mətbuatda dərc olunub, “Şəmkir şəhidləri” (1994), “Bir ocağın alovları” (1996), “Uşaqlar, dünyaya siz yiyəsiniz, Atalı-analı böyüyəsiniz” (1998), “Nəsillərə örnək insan” (2004), “Məni kimin qarğışı tutdu?” (2022) kitablarının müəllifidir. 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.Ş.Rüstəm sonralar respublika mətbuatında müntəzəm çıxış edib, şeirlərinə musiqi bəstələnib. Əsərləri bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
Şamxal Rüstəm 2019-cu il noyabrın 14-də vəfat edib.

Избранный
95
kulis.az

1Источники