RU

Füzulidə qadınlar və yenidoğulmuşlar üçün səyyar tibbi aksiya keçirildi (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə“Böyük Qayıdış” Proqramı çərçivəsində yerli əhali arasında sağlamhəyat tərzinin təşviqi, həmçinin səyyar tibbi müayinə vəmaarifləndirmə aksiyalarının keçirilməsi davam etdirilir.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu qəbildən olan növbəti aksiya 16 yanvartarixində Füzuli rayonunda təşkil olunub. Səhiyyə NazirliyininElmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ)mama-ginekoloq, neonatoloq və orta tibb işçilərindən ibarət heyətitərəfindən qadınlar üçün kompleks tibbi müayinələr aparılıb, eynizamanda maarifləndirici tədbirlər həyata keçirilib.

“Böyük Qayıdış” Proqramı çərçivəsində keçirilən səyyar tibbiaksiyanın əsas məqsədi əhalinin tibbi xidmətlərə əlçatanlığınınartırılması, ana və uşaq sağlamlığının qorunması, yenidoğulmuşlarınsağlamlıq vəziyyətinin qiymətləndirilməsi, yeniyetmələr arasındareproduktiv sağlamlığın təmin edilməsi, bu istiqamətdə profilaktiktədbirlərin gücləndirilməsi və əhalinin tibbi bilgilərininartırılmasıdır.

Aksiya çərçivəsində İnstitutun həkimləri tərəfindən tibbimüayinələrlə yanaşı, yenidoğulmuşlara tibbi baxış keçirilib, analarvə yeniyetmələr üçün fərdi konsultasiyalar təqdim olunub.Neonatoloqlar tərəfindən yenidoğulmuşların sağlamlıq göstəriciləriqiymətləndirilib, analar üçün neonatal skrininqin əhəmiyyəti,yenidoğulmuşlara düzgün qulluq, qidalanma və ilkin baxımmövzularında maarifləndirici təlimlər təşkil edilib.
Tədbirdə 140-a yaxın yeniyetmə yaş qrupuna aid olan qızlar vəonların valideynləri iştirak ediblər.

Səyyar aksiya zamanı mama-ginekoloqlar tərəfindən yeniyetməqızlar arasında ginekoloji müayinələr aparılıb, həmçinin fərdikonsultasiyalar verilib. Konsultasiyalar zamanı reproduktivsağlamlıq, yeniyetməlik dövründə baş verən fizioloji dəyişikliklər,ginekoloji problemlərin erkən profilaktikası və sağlam həyat tərzimövzularında ətraflı izahatlar təqdim olunub.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuşdigər ərazilərdə də sağlam həyat tərzinin təşviqi və əhalinin tibbixidmətlərlə əhatə dairəsinin genişləndirilməsinə xidmət edir.

Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Məqalədə:
Избранный
238
3
az.trend.az

4Источники