RU

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatında iki kateqoriya üzrə yarışlar yekunlaşıb FOTO

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə örtülü salonda keçirilən ölkə birinciliyi və çempionatında iki kateqoriya üzrə mübarizəyə yekun vurulub.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan yarışın ilk mərhələsində idmançılar U-21 və böyüklər kateqoriyaları üzrə çıxış ediblər.

21 yaşadək idmançılar arasında qadınların mübarizəsində ​Fatimə Hüseynli qızıl, Aliyə Əliyeva gümüş, Lalə Almas bürünc medal qazanıb. ​Kişilərdə müvafiq mükafatlara Sərdar Vəliyev, Nurlan Rəhimli, Anar Cavadzadə sahib çıxıblar.

Böyüklərin yarışında Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Dilguşə Sadıqova bürünc medala yiyələnib. Kişilərdə isə Məhəmmədəli Əliyev, Nurlan Rəhimli, Hüseyn Məhərrəmov fəxri kürsüyə qalxıblar.

​Qaliblərə mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva və Azərbaycan Tibb Universitetinin Tədris İdman Mərkəzinin müdiri Qələndər Aslanov təqdim ediblər.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
55
9
icma.az

10Источники