RU

Yutuber əvvəl 2 uşağını, sonra özünü GÜLLƏLƏDİ-FOTO

Yazını böyüt
Yazını kiçilt

Türkiyədə viza məsləhətçisi olan yutuber Sergen Altunbaş 2 azyaşlı övladını öldürərək intihar edib.

Hafta.az xəbər verir ki, hadisə Adanada baş verib. Evdən silah səsləri eşidən qonşular polisə məlumat veriblər. Evə daxil olan hüquq-mühafizə əməkdaşları 34 yaşlı Altunbaşı və iki uşağını hərəkətsiz vəziyyətdə tapıblar.

İlkin məlumata görə, yutuber əvvəlcə uşaqlarını, sonra isə özünü güllələyib.

Bildirilib ki, bir neçə gün əvvəl S.Altunbaşın xanımı onu tərk edərək gedibmiş. Hadisənin də bu zəmində baş verdiyi iddia edilir.

Bundan başqa, ailənin bağçada parkinq edilmiş avtomobili də yanıb.

Sergenin bir neçə ay əvvəl sosial media səhifəsində "Bir qadın səni vəzir də edər, rəzil də" başlıqlı paylaşım etidiyi də ortaya çıxıb.

Hadisə ilə bağlı Adana Prokurorluğu araşdırma aparır./axsam.az/

Избранный
140
5
hafta.az

10Источники