ABŞ-da miqrasiya polisini nasistlərə bənzədənlərə sərt cavab verilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi miqrasiya polisini nasist Almaniyasının SS dəstələri ilə müqayisə edənlərə qeyri-etik formada reaksiya verib. Qurum tənqidçilərə “dərman qəbul etməyi” məsləhət görüb.
Nazirlik bu şəkildə tənqidlərə cavab verib. Belə ki, fəallar daxili təhlükəsizlik nazirinin çıxışı zamanı mikrofonun altında yerləşdirilən şüara diqqət çəkiblər. Həmin şüarda “Bizdən birinə görə – sizin hamınız” ifadəsi yazılıb.
Fəallar bu şüarı faşist ideologiyasına bənzətsələr də, rəsmi qurum bu iradları psixi pozuntuya işarə edərək cavablandırıb.

Xuraman Etibarlı
İnterpress.az