RU

Kahramanmaraşdakı Heydər Əliyev adına ibtidai məktəbin yüzlərlə şagirdi müvəffəqiyyət cədvəli alıb  

Yanvarın 16-da Kahramanmaraşın “Azərbaycan” məhəlləsində yerləşən Heydər Əliyev adına ibtidai məktəbində təxminən 400 şagird tədris ilinin birinci yarısı üçün təhsildə müvəffəqiyyət cədvəlini alıb.

Məktəbin direktoru Murat Demirçi AZƏRTAC-a verdiyi müsahibədə Türkiyədə fəlakət zonasının bərpasına verdiyi töhfələrə görə Azərbaycan rəhbərliyinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Azərbaycan hökumətinin səyləri sayəsində qısa müddətdə tikilmiş məktəbdə hazırda yüzlərlə uşaq təhsil alır və onlar valideynləri ilə birlikdə təhsildə müvəffəqiyyət cədvəllərinin təqdim edilməsindən məmnun oldular. Qardaş ölkəmiz 2023-cü ilin fevral ayında baş verən dağıdıcı zəlzələlərdən sonra uşaqlarımızın təhsilinin kəsilməməsi üçün hər şeyi etdi”, - deyə o bildirib. M.Dəmirçi xatırladıb ki, Kahramanmaraşın Onikişubat rayonu digərləri ilə yanaşı zəlzələ nəticəsində ciddi ziyan görüb və bu da hakimiyyəti bütün səylərini fəlakət zonasının bərpasına yönəltməyə məcbur edib. “Uşaqların on minlərlə insanın həyatına son qoyan bu dəhşətli faciənin nəticələrini tez bir zamanda unutmaları üçün əlimizdən gələni edirik”, - deyə direktor əmin edib.

Valideynlər, öz növbəsində, məktəbin vəziyyətindən və burada təhsilin keyfiyyətindən məmnunluq ifadə ediblər.

Kahramanmaraşdakı Heydər Əliyev adına ibtidai məktəb 2024-cü ilin sentyabr ayında açılıb. Açılış mərasimində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin milli təhsil naziri Yusuf Tekin iştirak ediblər.

Избранный
91
azerbaijan-news.az

1Источники