RU

Dərəyə yuvarlanan sürücü öldü

Şəki rayonunda üç gün əvvəl idarə etdiyi avtomobildə dərəyə yuvarlanan sürücü ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, yanvarın 13-də rayonun Çayqaraqoyunlu kəndində "Opel" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov yanvarın 16-da günorta saatlarında xəstəxanada həyatını itirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Избранный
142
1
metbuat.az

2Источники