RU

"Sumqayıt" "Osiyek"lə bacaracaqmı?

"Sumqayıt" Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Saşa İliçin komandası Xorvatiyanın "Osiyek" kollektivi ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 18.30-da başlayacaq.

Xatırladaq ki, "kimyaçılar" ilk yoxlama matçında Macarıstan “Pakş”ına 1:5, ikincidə Serbiyanın “OFK Belqrad” komandasına 1:4 hesabı ilə uduzub.

Избранный
64
2
football-plus.az

3Источники