Sorğunuzda qeyd olunan məsələ ilə bağlı bildiririk ki, sürücü ilə sərnişin arasında baş vermiş mübahisə zamanı sürücü 102 xidməti ilə əlaqə saxlamış, təxminən 15–20 dəqiqə sonra isə hərəkətini bərpa etmişdir. Qeyd etdiyimiz kimi, məsələ avtobusdaxili videomüşahidə kameralarının görüntüləri əsasında araşdırılacaq. Araşdırma yekunlaşdıqdan sonra hadisə ilə bağlı ətraflı qiymətləndirmə aparılacaq və əlavə məlumat təqdim ediləcəkdir. Eyni zamanda, ictimai nəqliyyatdan istifadə zamanı mövcud qaydalara riayət olunmasını, sürücülərin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı əlavə suallar və mübahisələr yaradılmamasını, eləcə də sürücülərin daşıdığı yüksək məsuliyyətin nəzərə alınmasını xahiş edirik".