RU

Bakı Baş Səhiyyə Mərkəzi 185 min manatlıq siqnalizasiya sistemi alır

Bakı Baş Səhiyyə Mərkəzi 185 min manatlıq siqnalizasiya sistemi alır

Bakı Baş Səhiyyə Mərkəzi "Microtech" MMC ilə satınalma müqaviləsi bağlayacaq

Qaynarinfo xəbər verir ki, müqavilə çərçivəsində Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində yanğın siqnalizasiya sisteminin quraşdırılması xidmətləri satın alınacaq. Müqavilənin maliyyə dəyəri 185 961,04 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatlarına görə, "Microtech" MMC 16 mart 2017-ci il tarixində qeydiyyatdan keçib. Şirkətin nizamnamə kapitalı 30 manatdır və hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152 olaraq göstərilir. Qanuni təmsilçisi Həbibzadə Elçin Eldar oğludur.

"Microtech" MMC-nin rəsmi internet səhifəsində bildirilir ki, şirkət müxtəlif sahələr üçün proqram təminatlarının işlənib hazırlanması və proseslərin avtomatlaşdırılması üçün yazılımların tətbiqi ilə məşğuldur.

Elçin Həbibzadə haqqında məlumatlar məhduddur; onun adı yalnız LinkedIn platformasında rast gəlinir və şəxsi profilində yalnız "Microtech" MMC-nin rəhbəri olduğu qeyd olunub.

Избранный
29
2
afn.az

3Источники